UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində tələbələrarası futbol çempionatı keçirilib.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən tələbələrarası futbol çempionatının məqsədi tələbələr arasında sağlam həyat tərzini təbliğ etmək, idmana marağı artırmaq və həmrəylik ruhunu gücləndirməkdir.
Eyni zamanda, bu tədbir tələbələrə bir-biri ilə daha yaxından tanış olmaq və əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır, bu cür yarışmalar gənclər arasında dostluq münasibətlərinin möhkəmlənməsinə də töhfə verir.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən tələbələrarası futbol çempionatında 3 komanda qalib olub.
I yer- “Yarasa” komandası- Rus İqtisad Məktəbi
II yer -“İSE SC” komandası- Beynəlxalq İqtisadiyyat Məktəbi
III yer- “Ağdərə” komandası- İqtisadiyyat və idarəetmə fakültəsi
Sonda qalib komanda üzvləri kubok, diplom, medallarla təltif olunublar.