Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin və UNEC İdman Klubunun birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş fakültələrarası “Voleybol Turniri” keçirilib.
Turnir Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin 5-ci ildönümünə həsr olunub. Yarış UNEC tələbələri arasında sağlam həyat tərzinin təşviqi, komanda ruhunun və vətənpərvərlik dəyərlərinin gücləndirilməsi məqsədi daşıyıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin yekun nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən olunub:
- I yer – “Zəfər” komandası (UNEC Dizayn Məktəbi)
- II yer – “Kapibara” komandası (Rus İqtisad Məktəbi)
- III yer – “ISE” komandası (Beynəlxalq İqtisadiyyat Məktəbi)
Turnirin sonunda qalib komandalar UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC İdman Klubu tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.