A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və inzibati heyəti asudə vaxtlarının səmərəli təşkili məqsədilə futbol meydançasında görüşüblər. UNEC-in müəllim və inzibati heyətindən ibarət komandalar futbol oynayıblar. Gərgin keçən yarış 13:5 hesabı ilə inzibati heyətin qələbəsi ilə tamamlanıb.

Qalib komandamızı təbrik edirik!

Qeyd edək ki, UNEC əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə universitetdə mütəmadi olaraq futbol, voleybol, şahmat yarışları keçirilir. Futbol yarışlarının fakültələraras  komandalar, eyni zamanda müəllim və tələbələr arasında keçirilməsi də nəzərdə tutulub.

TOP XƏBƏRLƏR