×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-5c41a645cbe7e4e08b5d66d6cea9da1d.php


A

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının dəstəyi ilə “Bakı Marafonu - 2017”nın icraçıları və tərəfdaşları UNEC-də olub.

Görüş zamanı müəllim və tələbələrə “Bakı Marafonu-2017” yarışı barədə ətraflı məlumat verilib, marafonun tarixi, qaydaları, qeydiyyat prosesi, marşrutundan danışılıb. Bildirilib ki, marafonun məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah məqsədlə bir araya gətirməkdir.

Marafonun sponsorlarından olan “AzerTürkBank”ın nümayəndəsi Leyla Məmmədova qaliblər üçün nəzərdə tutulan mükafatları tələbələrin nəzərinə çatdırıb. Digər tərəfdaş, “GoSport” idman malları mağazaları şəbəkəsinin nümayəndəsi Nikita Sokolov isə qaçış zamanı idman ayaqqabıları və geyimlərin seçilməsi qaydaları barəsində tələbələrə məsləhətlərini verib. “Bakı Marafonu 2016”nın qalibi Namiq Əsədov marafona hazırlıq mərhələsi və hər həftə keçirilən təlimlər barədə danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, “Bakı Marafonu-2017” 30 aprel saat 10:00-da start götürəcək. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ikinci dəfə keçiriləcək marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunacaq. Layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirir. “Bakı Marafonu-2017” Dövlət Bayrağı Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər, idmançıların da olması nəzərdə tutulur. “Bakı Marafonu-2017”nin missiyası Azərbaycanın idman tarixində yeni mədəniyyət yaratmaqdır. Tədbirin əsas hədəfləri idman sənayesinin inkişafını sürətləndirmək, gəncliyi sağlam və balanslaşdırılmış həyat tərzinə həvəsləndirməkdir.

TOP XƏBƏRLƏR