31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar UNEC silsilə tədbirlər keçirilir.
"UNEC İdman klubu" və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş UNEC fakultələri arasında idmanın badminton, stolüstü tennis, şahmat, dama, voleybol, basketbol, yunan-roma güləşi, sərbəst güləş növlərindən yarışlar təşkil olunmuşdur.
Yarışlarda iştirak etmiş yüzlərlə tələbələrimiz idmanın müxtəlif növlərinə böyük maraq göstəriblər.