A

Biznes və menecment fakültəsində UNEC-in məzunu, Ticarət və Sənaye palatasının vitse prezidenti, “Azərekspetriza” birliyinin baş direktoru Adil Hüseynovla professor-müəllim və tələbə heyətinin onlayn görüşü keçirilib.

Fakültə dekanı dos.Mirağa Əhmədov bildirib ki, UNEC məzunlarının böyük əksəriyyəti bu gün istər dövlət, istərsə özəl qurumlarda uğurlu fəaliyyət göstərirlər. Uğurlu məzunlarla görüşlərin tələbələr üçün də böyük motivasiya olduğunu deyən dekan, məzunların öz təcrübələrini tələbələrlə bölüşmələrinin və tövsiyələrinin faydalı olacağını diqqətə çatdırıb.

Ticarət və Sənaye palatasının vitse prezidenti Adil Hüseynov UNEC-90 yubiley çərcivəsində məzunu olduğu universitetin kollektivi ilə görüşdüyündən məmnunluğunu ifadə edib. Məzunu olduğu universitetin qürurla uğurlarını izlədiyini bildirən A.Hüseynov, ölkənin bilikli və bacarıqlı gənclərə, iqtisadçılara daim ehtiyacı olduğunu deyib, tələbələrə onlara yaradılan fürsəti dəyərləndirməyi tövsiyə edib. UNEC tələbələrinə rəhbərlik etdiyi qurumda təcrübə keçmələri üçün hər zaman dəstək olacağını diqqətə çatdırıb.

“Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri prof.Arif Şəkərəliyev, “Menecment” kafedrasının müdiri prof.Kamil Şahbazov, “Biznesin idarə edilməsi” kafedrasının müdiri dos.Məhəmməd Əliyev Adil Hüseynovun AR Ticarət və Sənaye palatasında tələbələrin təcrübə keçməsi üçün həmişə dəstək olduğunu, öz təcrübəsini onlarla bölüşdüyünü bildiriblər.

Görüşdə professor-müəllim heyəti və tələbələrin sualları A.Hüseynov tərəfindən cavablandırılıb.

TOP XƏBƏRLƏR