UNEC-in 90 illik yubileyi münasibətilə “Dizayn” kafedrasının nəzdində fəaliyyət göstərən elmi dərnəyin onlayn seminarı keçirilib.
“Dizayn” kafedrasının müdiri, dos. Lalə Məmmədova kafedrasının nəzdində fəaliyyət göstərən elmi dərnəyin öz fəaliyyətini davam etdirdiyini, bildirib. “Dizayn” ixtisasında təhsil alan fəal və bacarıqlı tələbələrin dərnəyə cəlb edilməsi istiqamətində təbliğat işlərinin də aparıldığını diqqətə çatdırıb.
Seminarda elmi dərnəyin sədrı, dos. Elfanə Qasımova dərnəyin hesabatını təqdim edib.
Sonra “Gözəllik dünyanı xilas edəcək” layihəsi adı altında kafedranın müəllimi Gölçöhrə Salehzadənin rəhbərliyi ilə tələbələr maraqlı təqdimatlarla çıxış ediblər. Təqdimatlarda tələbələrin əl işlərindən ibarət flashmobla nümayiş olunub.