×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

azedu.az

Azərbaycan universitetlərində təkcə əcnəbi tələbələr təhsil almır, həm də müxtəlif xarici ölkələrdən olan müəllimlər də fəaliyyət göstərir. Ali təhsil ocaqlarımızda çalışan əcnəbi müəllimləri ölkəmizə gətirən səbəblər nədir, onlar Azərbaycanla bağlı hansı təəssüratlara malikdirlər...

AzEdu.az saytı Azərbaycandakı ali təhsil müəssisələrində çalışan əcnəbi müəllimlərlə silsilə müsahibələr təqdim edir.

Beləliklə, "Əcnəbi müəllim" layihəsinin növbəti müsahibi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dərs deyən Nadia Felecandır.

UNEC-də bir sıra ölkələrdən olan əcnəbi müəllim çalışır. Nadia Felecan Bakıya ABŞ-dan gəlib. 

Nadia xanım ölkəmizə gəlişi, iş həyatı, müəllimlik fəaliyyəti ilə bağlı təssüratlarını əməkdaşımızla bölüşüb.

Müsahibimiz Azərbaycan dilini bilmədiyinə görə, onunla ingilis dilində söhbət etdik.

-  Nadia xanım, özünüz haqqında qısaca olaraq oxucularımıza məlumat vermənizi xahiş edirik...

Mən Nadia Felecan, 2022-ci ilin sentyabr ayından Bakıda - İqtisad Universitetində fəaliyyət göstərirərəm. Üç oğlum var və ABŞ-ın Çikaqo şəhərində yaşayırıq. Hətta iki pişiyim və bir itim də var. Çikaqoda yerli icma kollecində ingilis dili müəllimiyəm. Eyni zamanda öyrənmə qüsuru olan şagirdləri də öyrədirəm. Səyahət etməyi, hekayə danışmağı, xizək sürməyi, yemək bişirməyi və rəqs etməyi sevirəm.

- Çoxdan Bakıya gəlmisiniz?

- 9 aydır Bakıdayam. İyulun əvvəlinə kimi burada olacağam. 

- UNEC-də işləməyə necə qərar verdiniz?

- Bu çox gözlənilməz bir qərar idi. İngilis Dili Təqaüd Proqramının namizədləri ərizələrində işləməkdə maraqlı olduqları yerləri qeyd edirdilər. Mən də xaricdə çalışmaq istəyimi gerçəkləşdirmək istədim. Və Azərbaycanda bir layihə ilə uyğunlaşdığım barədə xəbər aldım. Mən sizin ölkə haqqında çox şey bilmirdim, ona görə də layihəni qəbul etmək qərarına gəldim və bura gəlib bacarıqlarımı paylaşarkən Azərbaycan haqqında daha çox öyrəndim. 

- Bakıda ailənizlə yaşayırsınız, yoxsa tək?

- Burada ailəmlə yaşayıram.

 - Azərbaycandakı həyat tərzinə necə adaptasiya oldunuz?

- Məni və ailəmi evimizdəki kimi hiss etdirmək üçün əlindən gələni edən insanlarla tanış olduğum üçün şanslıyam. Bu səbəbdən də çox rahat uyğunlaşa bilmişəm.

- Burada yaşadığınız müddətdə hansı çətinliklərlə qarşılaşmısınız?

- Ən böyük çətinliyim dayanmadan siqnal verən sürücülərə öyrəşmək idi. Mən Bakıdakı tıxac və nəqliyyat basabası ilə hətta Çikaqoda belə rastlaşmamışam.

Tələbələrinizlə münasibətləriniz necədir?

- Tələbələrimlə güclü əlaqələr qurmuşam. Onların bu qədər həvəsli və motivasiyalı olmaqlarına heyranam. Birlikdə keçirdiyimiz vaxtı və onların zəhmətini qeyd etmək üçün dərs ilinin sonunda piknik təşkil etdik.

- Müəllim heyəti ilə münasibətiniz necədir? Nə vaxtsa aranızda anlaşılmazlıq yaranıb?

- Müəllimlərlə münasibətim əməkdaşlıq münasibətləridir. Mən tədris haqqında bildiklərimi bölüşmək, həmçinin, yerli müəllimlərdən öyrənmək üçün buradayam. Belə gözəl müəllimlərlə əlaqə qurmaq mənim üçün əla fürsət oldu.

 - Universitetdə keçirilən tədbirlərdə və bayramlarda iştirak edirsiniz?

- Dərs cədvəlimə mane olmayan universitet tədbirlərində iştirak etməyə çalışıram. Məsələn, Qadınlar günündə, Dil Mərkəzinin açılışında iştirak etdim. Həmçinin, Beynəlxalq Əlaqələr Departamentindən bəzi həmkarlarımla Novruz bayramını da qeyd etdik.

Bakıdan başqa Azərbaycanın hansı regionunda olmusunuz?

- Buradakı vəzifələrimdən biri də Azərbaycanda müxtəlif Amerika mərkəzlərindən olan müəllimlərlə əlaqə qurmaqdır və buna görə bir neçə regionda olmuşam. Lənkərana, Şəkiyə, Lerikə, Gəncəyə, Qəbələyə, İsmayıllıya getmişəm.

 - Azərbaycanın adət-ənənələri və mətbəx mədəniyyəti haqqında nə düşünürsünüz?

- Azərbaycan mətbəxini çox bəyənirəm. Vegetarian olduğum üçün tərəvəzlə, əsasən badımcanla hazırlanan yeməkləri sevirəm. Buranın çörəyi və pendiri çox dadlıdır. Mövsümündə yetişən meyvə və tərəvəzlərin dadı çox ləzzətlidir! Mən Bakı paxlavasına aşiq olmuşam. Hətta bir müəllim mənə paxlavanı necə bişirəcəyimi öyrədib.

- Gələcək karyera palnınız hansı istiqamətdədir?

- Mən əlavə resurslara və köməyə ehtiyacı olan ölkələrə dəstək olmaq və onlara rəhbərlik etmək üçün təhsil mütəxəssisi kimi xidmət etmək istərdim. Kim bilir, bəlkə gələcəkdə bura - Azərbaycana qayıdacağam və başqa bir tədris layihəsi ilə məşğul olacam...

TOP XƏBƏRLƏR