A

azedu.az

Azərbaycanda universitetlər tələbələrin xaricdə təhsil almaları üçün xarici təşkilat və universitetlərlə beynəlxalq əlaqələr yaradır, əməkdaşlıqlar edir. Belə universitetlərdən biri də Azərbaycan Dövlət İqisad Universitetidir (UNEC).

AzEdu.az-a açıqlama verən UNEC-in Xarici əlaqələr şöbəsinin direktoru Nərmin İbrahimova  qeyd edib ki, universitet dünyanın 30-dan çox xarici ölkələrin ali təhsil müəssəsisələri ilə əməkdaşlıq əlaqələri qurmuşdu (Çin, İsrail, Rusiya, Türkiyə, Macarıstan, Gürcüstan, İsveçrə, Malayziya, Yunanıstan, Latviya, Litva, Qazaxıstan, Özbəkistan, İtaliya, İspaniya və s.):

“UNEC son bir neçə ildə beynəlxalq reytinq sıralamalarında ölkə üzrə birincidir, bir neçə beynəlxalq qrant layihələrində qalib olmuşdur, həmçinin əcnəbi tələbələrin qəbulu iki dəfə artmışdır, mübadilə proqramlarının ölkələr üzrə əhatə dairəsi genişlənmişdir”.

Nərmin İbrahimova bildirib  ki, tələbələr Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Yunanıstan, Macarıstan, Litva, Polşa və s., həmçinin İsveçrə, Türkiyə və Qazaxıstanın ali təhsil müəssisələrində bir semestrlik təqaüdlü təhsil almaq imkanı əldə edirlər:

“UNEC tələbələri xarici ali təhsil müəssisələrində bir və ya iki semester ərzində təhsil ala bilərlər. Cari tədris ilinin yaz semestrində 15-dən çox UNEC tələbələrinin xaricdə təhsil alması nəzərdə tutulmuşdur. Hal-hazırda UNEC tələbələri Erasmus+ və Orhun mübadilə proqramı çərçivəsində xaricdə bir semestrlik təqaüd alaraq təhsillərini davam edə bilirlər. Həmçinin, UNEC-in əməkdaşlıq etdiyi xarici ali təhsil müəssisəsələri ilə iki-tərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində (non-erasmus mübadilə proqramında) təhsil almaq imkanı vardır”.

TOP XƏBƏRLƏR