A

AZƏRTAC

Sentyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə Bilik Günü qeyd edilib.

Bu barədə AZƏRTAC-a kollecdən məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Kollecin direktoru Şəhriyar Laçınov tələbələri 2024/2025-ci tədris ili münasibətilə təbrik edib. Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan söz açan Ş.Laçınov kollecdə tələbələrin təhsil alması üçün yaradılan şərait haqqında məlumat verib.

Sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev tələbələri təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Bu il 200 nəfərdən çox məzunun ali təhsil müəssisələrinə qəbul olduğunu vurğulayan Z.Vəliyev tələbələrin öz bilik və bacarıqları ilə kollecə yeni töhfələr verəcəklərinə ümidvar olduğunu qeyd edib.

Tədbirdə kollecin şəhid olmuş məzunu Şaiq Kəlbiyevin anası Səmayə xanım da iştirak edib.

TOP XƏBƏRLƏR