A

"Azərbaycan müəllimi" qəzeti

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda keçirilən Beynəlxalq elmi-praktik konfrans çərçivəsində “Beynəlxalq tədqiqat şəbəkələşməsinin artırma yollarının yeni istiqamətləri” adlı “dəyirmi masa” keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, “dəyirmi masa”nın əsas məqsədi  “2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqamətlərinin inkişafı haqqında Fəaliyyət planı (Yol Xəritəsi) 6.10. “Gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi, o cümlədən təhsil və elm sahəsində universitetlərarası əməkdaşlıq layihələrinin həyata keçirilməsi” tədbirlərınin icrasının təminatına dəstək olmaq və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Sankt-Peterburq Dövlət İqtisad Universiteti (UNECON) arasında mövcud olan əməkdaşlıq müqaviləsindən irəli gələn vəzifələri icrasını təmin etməkdir. 

Tədbirdə tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova, RİM, Biznes və Menecment fakültəsinin professor-müəllim heyəti, beynəlxalq konfransın, o cümlədən  Rusiya Federasiyası, Almaniya, Avstriya kimi ölkələrin nüfuzlu universitetlərinin alimləri iştirak ediblər. 

Elmi tədbirdə UNEC-in tələbələrlə iş üzrə prorektoru, iqtisad elmləri namizədi, dosent  Səadət Qəndilova  “UNEC yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək üçün qarşıda duran vəzifələrin əsas istiqamətləri”,  Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, iqtisad elmləri doktoru, professor Z.F.Məmmədov  “UNEC-in Tədqiqat universitetinə keçid: imkanlar və perspektivlər” ətraflı  məlumatlar  verildikdən sonra elmi tədbirin beynəlxalq təşkilat komitəsinin üzvü, Rusiya Federasiyasının Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor  G.L Baqıyev “Elmi əməkdaşlığın perspektivli istiqamətləri” mövzusunda çıxış ediblər.   

Beynəlxalq tədqiqat şəbəkələşməsini (International Research Network) genişləndirmək, özəlliklə həm də fundamental və tətbiqi elmi-tədqiqatlar üçün sifarişləri artırmanın yolları, alimlər arasında beynəlxalq qarşılıqlı əlaqə məsələləri, birgə proqram və elmi layihələrin formalaşdırılması və həyata keçirilməsinin əsas istiqamətləri, müəllim mübadilə təcrübəsinin daha da təkmilləşdirilməsi və alimlər arasında elmi əməkdaşlıq formaları maraqlı və məzmunlu müzakirələrin əsas predmeti olub.

“Beynəlxalq tədqiqat şəbəkələşməsinin artırma yollarının yeni istiqamətləri” mövzusunda çoxtərəfli elmi əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini müzakirə edən iclas iştirakçıları aşağıdakı təklifləri irəli sürüblər:

1.Birgə elmi proqram və layihələrin formalaşdırılması və həyata keçirilməsi üçün elmi əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi və yeniləşdirilməsi;
2.Elmi-tədqiqatların prioritet sahələrində birgə tədqiqat mərkəzləri və laboratoriyalar, digər formalar) təsis oluna bilər;
3.Elmi nəşr sistemində tərəqqinin mövcud tendensiyalarının təhlili, elmi-metodiki bazanın formalaşdırılması və aparıcı elmi istiqamətləri təsbit etmək və o sahədə məqalə nəşr etdirmək;
4.Elmin kommersiyalaşdırılmasına əsaslanan layihələrin həyata keçirilməsi yolu ilə innovativ biznesin stimullaşdırılması;
5.Yaşıl texnologiya bazarlarına çıxmaq üçün mühüm əhəmiyyət kəsb edən elmi layihələrin müəyyən edilməsi və həyata keçirilməsi;
6.Birgə fundamental tədqiqatlar və elmi-təşkilati tədbirlərin birgə tədbirlər (konqreslər, forumlar, konfranslar, seminarlar və s.) əsasında ictimai və humanitar elmlər sahəsində elmi əməkdaşlıq təcrübəsini inkişaf etdirmək;
7.Yüksək elmi ixtisaslara malik elmi kadrların məqsədyönlü hazırlanmasına diqqət yetirmək;
8.Akademik mübadilə proqramının intensivləşdirilməsi, o cümlədən gənc alimlər üçün elmi təcrübələrin genişləndirilməsi;
9.Elmi tədbirlərin populyarlaşdırılması üzrə birgə tədbirlərin genişləndirilməsini təşviq etmək.

Qeyd edək ki, oktyabrın 3-4-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə COP29-a həsr olunan “Yaşıl iqtisadiyyat: Elm, təhsil, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilib. 

Tədbir “Azərbaycan müəllimi”nin media tərəfdaşlığı ilə keçib. 

TOP XƏBƏRLƏR