Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə CBC Televiziyası tərəfindən xüsusi sənədli film hazırlanıb.
Film UNEC-in zəngin tarixini, elmi və tədris fəaliyyətini, beynəlxalq əlaqələrini və gələcək inkişaf perspektivlərini əhatə edir.
Sənədli filmdə universitetin keçdiyi inkişaf yolu, ölkə iqtisadiyyatına verdiyi töhfələr, aparıcı fakültələr və ixtisaslar, tələbə həyatı və akademik nailiyyətlər geniş işıqlandırılır.
Eyni zamanda UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edərək universitetin bu günə qədər əldə etdiyi uğurlar və gələcək hədəfləri barədə fikirlərini bölüşüb.