×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting e4007fced64050105533db625a516a03-cache-page-711d5d6d91407af95bfe034e279d1d6b.php


A

AZƏRTAC

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı əsasında təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” ilə iqtisadiyyatımızın bütün sahələrində keyfiyyət, məzmun və forma baxımından yeni inkişaf mərhələsi başlanır. Strateji Yol Xəritəsi, ilk növbədə, davamlı iqtisadi inkişafın təmin olunması, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və sosial rifahın artırılması prinsiplərinə əsaslanır.Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru dosent Şahin Bayramov  AZƏRTAC -a müsahibəsində bildirib.Ekspert deyib ki, Strateji Yol Xəritəsi yaxın, orta və uzunmüddətli dövrdə milli iqtisadi inkişafın əsas konturlarını dəqiq və konkret müəyyən edir. 2020-ci ilədək strateji baxış, 2015-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf ortaya qoyan Strateji Yol Xəritəsi milli iqtisadiyyatın mövcud durumu və potensial imkanları nəzərə alınmaqla hazırlanıb.Milli iqtisadiyyatımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun hərtərəfli təhlilinə, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Davos İqtisadi Forumu və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatına dair hesabat məlumatları və proqnozlarına əsaslanan Strateji Yol Xəritəsi faktiki olaraq dövlətimizin başçısının uzaqgörənliklə hazırlamış yeni iqtisadi konsepsiyasının mahiyyətini, məzmununu və missiyasını təqdim edir.

Qlobal və regional kontekstdə baş verən iqtisadi proseslərin təsirlərini, dünya enerji bazarındakı qeyri-müəyyənliklərin fəsadlarını, milli iqtisadi təhlükəsizliyin təmin olunması zərurətlərini, iqtisadiyyatın şaxələndirilməsi imkanlarını və neft amilindən asılılığın minimuma endirilməsi potensialını kompleks təhlil edən və sistemli şəkildə nəzərə alan Strateji Yol Xəritəsi Azərbaycan iqtisadiyyatının postneft dövründə tamamilə yeni əsaslar üzərində inkişaf etməsini şərtləndirir.Konkret strateji hədəflərin müəyyən olunması, həmin hədəflərə çatmaq üçün reallaşdırılması nəzərdə tutulan tədbirlərin dəqiq göstərilməsi, müvafiq maliyyələşdirmə, icra, monitorinq və qiymətləndirmə mexanizminin müəyyən edilməsi Strateji Yol Xəritəsinin həyata keçirilməsi ilə bağlı optimist proqnozlar verilməsini mümkün edir. Bu arqumenti son illər ərzində uğurla reallaşdıran iqtisadi inkişaf strategiyası sayəsində qlobal iqtisadi böhranların neqativ təsirlərindən maksimum dərəcədə qorunmağı bacarmış Azərbaycan iqtisadiyyatının fərqli şərtlərin bərqərar olduğu yeni dövrə tam hazır olması reallığı da gücləndirir.Strateji Yol Xəritəsi ilə müəyyən olunan iqtisadi siyasət milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına daha səmərəli inteqrasiya olunması, malik olduğumuz müqayisəli üstünlüklərdən daha çox fayda əldə edilməsi və beləliklə də davamlı iqtisadi artımın təmin olunması üçün əlavə imkanlar yaratmaqla bərabər, BMT-nin 2016-2030-cu illər üzrə Davamlı İnkişaf Məqsədlərinə və digər bu kimi qlobal çağırışlara töhfə verilməsi baxımından da mühüm əhəmiyyət kəsb edəcək.

Elvira Məmmədova

TOP XƏBƏRLƏR