×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

APA TV

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Novruz bayramı ərəfəsində “Kitab at!” layihəsini Cocuq Mərcanlıda davam etdirib.

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qrup üzvləri əvvəlcə Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.

Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlı kəndində yerləşən tam orta məktəbdə qeyd olunan Novruz şənliyinə qatılıb. 24 ildən sonra ilk dəfə qeyd edilən Novruz şənliyində iştirak edən gənclər şagirdlərə və məktəbin kitabxanasına kitablar hədiyyə edib. Məktəbin direktoru Zamin Həziyev göstərdikləri diqqətə görə Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivinə təşəkkür edərək, “Kitab at!” layihəsini özündə mütərəqqi ideyalar daşıyan bir aksiya kimi yüksək olduğunu deyib: "24 ildən sonra Cocuq Mərcanlı torpağında ilk dəfə Novruz bayramı, çərşənbələr qeyd edilir. Öz uşaqlığım yadıma düşdü. Biz də uşaqlıqda qap-qapı gəzib papaq atardıq.  Kosa-keçəl bizim uşaqlıq xatirələrimiz və eyni zamanda Azərbaycanın min illik adət-ənənəsinin simvollarıdır".

Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Cocuq Mərcanlı sakinləri üçün xüsusi olaraq topladıqları uşaq ədəbiyyatı, şeir və romanlardan ibarət 30 adda 100 yeni kitabı bir-bir  evlərə paylayıb.

Qeyd edək ki, ölkədə mütaliə mədəniyyətini inkişaf etdirmək, eyni zamanda qədim ənənələrə söykənən Novruzda kitab oxumaq vərdişini gündəmə gətirmək məqsədi daşıyan “Kitab at!” layihəsi çərçivəsində universitetin tələbələri topladıqları kitabları bayram sovqatı kimi evlərə paylayır. Layihə “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir: "Keçən il arzumuz bu idi ki, biz bu layihəmizi Qarabağda keçirə bilək. Çox şükür, bu gün biz artıq Cocuq Mərcanlıdayıq. İnşallah, növbəti illər digər işğal altında olan torpaqlarımızda “Kitab At” layihəmizi keçirərik".

Qeyd edək ki, layihə bayram günlərində də davam edəcək. Tələbələr beş min bədii ədəbiyyat nümunəsini Bakı, Sumqayıt, Gəncə və Şəmkir sakinlərinə bağışlayacaqlar.

TOP XƏBƏRLƏR