Hazırda bütün dünyanı gərginlik altında saxlayan koronavirus epidemiyası, “COVİD-19” virusu planetdə 290 milyondan çox şagird və tələbənin təhsilini yarımçıq qoyub.
Ötən ilin sonlarından etibarən 4000-ə yaxın şəxsin ölümünə səbəb olan, 100 mindən çox adamı yoluxduran virusun çox yayılmamasından ötrü 10-dan çox ölkədə tədris müəssisiləri məcburən qapadılıb.
Lakin təhsilin fasiləsizliyinin pozulması, tədris proqramının yarımçıq qalması milyonlarla şagird-tələbəyə həm psixoloji, həm də mənəvi, həm də intellektual zərbə vurur.
Belə məqamda, təhsilin fasiləsizliyini qoruyub saxlamaqdan ötrü alternativ tədris metodları ən uyğun çıxış yoludur. Dünyada – xüsusən də virusun vətəni sayılan Çində- keçirilən onlayn dərslər buna əyani nümunədir.
Azərbaycanda isə tələbələrin tədris keyfiyyətinin aşağı düşməməsindən ötrü bu metodu təklif edə biləcək yeganə ali təhsil müəssisəsi Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC-dir.
Universitetin rektoru, professor Ədalət Muradov bir müddət öncə distant təhsilin faydalılığı və dövrün əsas tələbi kimi vacibliyini önə çəkib.
Bu məqsədlə də, UNEC-də 2016-cı ildə bir akademik saat ərzində 6 min tələbəyə dərs keçmək imkanı verən “UNEC Extern” mərkəzi yaradılıb.
Mərkəz tələbələrə onlayn dərsə istənilən yerdən qoşulmaq imkanları verir. Hazırda distant təhsili geniş miqyaslı həyata keçirmək üçün universitetdə hər cür şərait yaradılıb.
Distant təhsil –tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu formasıdır. Bildiyiniz kimi, bu forma dünyada çox geniş yayılıb.
Azərbaycan Respublikasının Təhsil haqqında Qanun”unda müəyyən olunan əyani, qiyabi, sərbəst formalardan biri də distant təhsildir. Bu formanın “Qanun”da nəzərdə tutulduğunu əsas götürərək 2018-ci ildən etibarən “UNEC Extern” təhsil mərkəzi yaradılıb.
Mərkəz 20 min tələbəyə xidmət göstərmək gücündədir, 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı var.
Müasir dövrdə koronovirus kimi dəhşət qarşısında olsa da belə təhsilsiz qalmaq mümkün deyil.
Ən ekstrmal vəziyyətlərdə belə bu təhsil formasından istifadə etmək mümkündür. UNEC-də yaradılan bu mərkəz vasitəsilə distant təhsil formasını tətbiq etməklə təhsilin fasiləsizliyini birmənalı şəkildə qorumaq mümkündür.
Xatırladaq ki, təhsili ən fövqəladə durumlarda belə davam etdirmək, distant formada aparmaq üçün “UNEC Extern” mərkəzində bütün lazımlı şərait var.
Qeyd: Modern.az adıçəkilən mərkəzdən hazırladığı geniş reportajı tezliklə oxuculara təqdim edəcək.