A

ABŞ-ın məşhur “Morgan Stanley” bankının maliyyə direktoru Hüseyn Əliyev UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri  ilə görüşüb.

Hüseyn Əliyev “Maliyyə təhlili” fənni üzrə ISE-nin 3-cü kurs tələbələrinə “Maliyyə sahəsində vizyonlar, yeni maliyyə trendləri, “Anqlo-Saxon” maliyyə sistemi” mövzusunda interaktiv mühazirə keçib. Sonra isə tələbələrin ixtisas və karyera perspektivləri ilə bağlı suallarını cavablandırıb.

Təqdimatda qonaq mühazirəçi ilə birlikdə Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri dosent Xətai Alıyev və kafedranın müəllimi Həbib Hacıyev iqtisadi trendlərlə bağlı tələbələrə maraqlı məlumatlar veriblər.

TOP XƏBƏRLƏR