A

UNEC-in Karyera Mərkəzi və İqtisadiyyat və idarəetmə fakültəsinin birgə təşkilatçılığı ilə fakültənin tələbələri üçün "Bilik mübadilə"si sessiyası keçirilib.

İnfosessiyada PAŞA Həyat şirkətinin Daxili Audit Departamentinin struktur  rəhbəri Samir Əliyev tələbələrə şirkətin daxili audit metologiyası barədə məlumat verib.

Sonra sual-cavab sessiyası olub. Rəqəmsal proqram vasitəsilə keçirilən sual-cavabda fəal iştirak edən tələbələrə simvolik hədiyyələr təqdim olunub.

UNEC Karyera mərkəzinin direktoru Aytac Rzayeva şirkət tərəfindən keçirilən silsilə sessiyalara görə nümayəndələrə öz təşəkkürünü bildirib. Qeyd edib ki, sessiyalarda aktiv iştirak edən 4 tələbə PAŞA Həyat şirkətində işlə təmin olunub.

TOP XƏBƏRLƏR