UNEC-in Rus İqtisad Məktəbi üzrə Rəqəmsal Könüllülər Təşkilatının təşkilatçılığı ilə “Öncə Vətəndir, dildir” adlı tədbir keçirilib.
Tədbirdə qonaq qismində Azərbaycanın Əməkdar mədəniyyət işçisi, jurnalist-tədqiqatçı Əlisəfdər Hüseynov iştirakçılara vətənpərvərlik ruhunun və Azərbaycan dilinin, eləcə də milli dəyərlərimizin qorunub saxlanmasının əhəmiyyətindən danışaraq, Azərbaycan dilinin milli-mənəvi dəyərlərimizin və milli varlığımızın rəmzi olduğunu vurğulayıb.
Tədbirin sonunda isə Əlisəfdər Hüseynov öz yazdığı kitabları tələbələrə hədiyyə edib.