A

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimova universitetdə təhsil alan əcnəbi tələbələrlə dəyirmi masa ətrafında görüş keçirib.

UNEC-də təhsil alan müxtəlif ölkələrdən olan əcnəbi tələbələr tədbirdə iştirak ediblər.

Tədbir zamanı onların UNEC-dəki tələbəlik həyatı, dərsdən kənar fəaliyyətləri haqqında geniş müzakirələr aparılıb. Tələbələrin təhsil müddətində üzləşdikləri çətinliklər rəhbərlik tərəfindən dinlənilib və onun həll yolları istiqamətində tədbirlər görülüb.

Nərmin İbrahimova əcnəbi tələbələrin ölkələrindən kənarda təhsil almaları haqqında təəssüratlarını dinləyərək, öz tələbəlik təcrübəsini onlarla bölüşüb və onlara tələbəlik həyatında uğurlar arzulayıb. 

TOP XƏBƏRLƏR