UNEC Ömürboyu Təhsil Mərkəzinin Soft Skills (Yumşaq bacarıqlar) üzrə təlimçisi ASAN Könüllülər üçün təlim keçib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzində keçirilən təlim “Dövlət qulluğununda sərt və yumşaq bacarıqlar” mövzusunda olub.
UNEC-in müəllimi, Soft Skills üzrə təlimçisi Afaq Hüseyn iştirakçılara yumşaq bacarıqların əhəmiyyəti, karyera inkişafı və sağlam iş mühiti üçün vacibliyi barədə önəmli məqamları açıqlayıb. Afaq Hüseyn
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.