A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində 28 May- Müstəqillik Günü nə həsr olunmuş "Müstəqilliyin təməlləri" adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə TUDİFAK-ın dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və dosent Aqil Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi olduğunu və cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb etdiyini qeyd ediblər.

II kurs tələbəsi Vüsalə Əsədovanın "İstiqlal Bəyannaməsi və tarixi əhəmiyyəti" mövzusunda çıxışından sonra tədbir tələbələrdən Afət Rəhimovun "Ayağa dur, Azərbaycan!" şeirini səsləndirməsi,  Elxan İsgəndərovun ifasında isə "Azərbaycan” mahnısı ilə davam edib. Sonra Müstəqillik Gününə həsr  olunan sənədli film nümayiş olunub.

TOP XƏBƏRLƏR