UNEC-in SABAH Mərkəzində 28 May Müstəqillik Günü münasibətilə seminar keçirilib.
SABAH Mərkəzinin baş müəllimi Aygün Abdulova seminarda Müstəqillik Gününün Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biri olduğunu qeyd edib. Aygün Abdulova bildirib ki, 104 il bundan əvvəl əsası qoyulmuş demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ərzində şərəflə fəaliyyət göstərərək, Azərbaycan xalqının öz müqəddəratını təyin etməyə qadir olduğunu sübut edib.
Seminarın yekununda 28 may Müstəqillik Gününə həsr edilmiş video çarx nümayiş etdirilib.