A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “İnsan hüquq və azadlıqları” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə İqtisadiyyat kafedrasının baş müəllimi Aytən İbadova çıxış edərək, bildirib ki, insan hüquq və azadlıqlarının təmini, o cümlədən qorunması demokratik cəmiyyətlərin əsas komponenti qismində çıxış edir. Aytən İbadova qeyd edib ki, Azərbaycanın demokratik inkişafının əsas elementi rolunda çıxış edən ölkə Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin əsasını təşkil edir. 

Çıxışın sonunda müəllim və tələbələr mövzu ətrafı maraqlı müzakirələr ediblər.

TOP XƏBƏRLƏR