×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

İyulun 4-də UNEC-in məzunu, Vətən müharibəsi şəhidi Qarayev Məhəmmədin ailəsi UNEC-də olub.

Şəhidin ailəsi Biznes və Menecment fakültəsinin dekanı dos. Mirağa Əhmədov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyevlə birlikdə UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət ediblər.

Məhəmməd Qarayev 2018-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və Menecment fakültəsində təhsil alıb. Məzun olduğu il həqiqi hərbi xidmətə yollanıb. Mayın 12-də Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay