A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes və menecment fakültəsinin IV kurs tələbəsi İlham Əmrahov Azərbaycanın ən yüksək nöqtəsi olan Bazardüzü zirvəsinə (4466 m.) qalxıb.

Çətin hava şəraitinə baxmayaraq hərəkət etməyə davam edən İlham Əmrahov Bazardüzü zirvəsində UNEC və KİM-in 24/7 kitabxanasının bayraqlarını dalğalandırmağa nail olub. O, ekspedisyasını Ümumilli lider Heydər Əliyevin əziz xatirəsinə və UNEC 24/7 kitabxanasının bu il qeyd ediləcək 5 yaşına həsr edib.

 

TOP XƏBƏRLƏR