A

2 saylı tədris binasında keçirilən Oriyentasiya Günündə tədris işi üzrə prorektor dosent Gəray Musayev universitetə yeni qəbul olan tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb.

Qeyd edək ki,  2 saylı tədris binasında İqtisadiyyat və İdarəetmə, Türk Dünyası İqtisad fakültələrinin, Rus İqtisad Məktəbinin, eləcə də Qiyabi və Əlavə Təhsil Mərkəzinin tələbələri təhsil alırlar.

Bu il İqtisadiyyat və İdarəetmə fakültəsinə qəbul olan tələbə sayı 674 nəfər olub. Fakültə üzrə ən yüksək nəticə “İqtisadiyyat” ixtisası üzrə 617 baldır.

Türk Dünyası İqtisad fakültəsi üzrə qəbul 273 nəfər, ən yüksək qəbul balı 566 baldır. 

Rus İqtisad Məktəbi üzrə qəbul 381 nəfər, ən yüksək nəticə 596 baldır.  

Qiyabi təhsil forması üzrə qəbul sayı 253 nəfər, əlavə təhsil üzrə isə 90 nəfərdir.

TOP XƏBƏRLƏR