UNEC-in texniki və texnoloji ixtisaslarının tədris olunduğu III saylı tədris binasında da Oriyentasiya günü keçirilib.
Rəqəmsal İqtisadiyyat, Mühəndislik fakültələrinin və Dizayn Məktəbinin l kurs tələbələri universitetin infrastrukturu ilə tanış olublar. Tələbələrə universitetin dərs prosesi, təhsil imkanları, sosial fəaliyyəti barədə məlumat verilib.
Qeyd edək ki, bu il universitet üzrə ən yüksək göstərici, 675 bal Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya texnologiyaları” (ingilis dilində) ixtisasında olub. Fakültəyə qəbul sayı 355 nəfərdir, onlardan 35 nəfəri xarici vətəndaşdır.
Mühəndislik fakültəsi üzrə qəbul sayı 336, Dizayn Məktəbi üzrə isə 160 nəfərdir. Dizayn Məktəbində ən yüksək nəticə 264.3 bal olub.