A

Mühəndislik fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib.

6 ixtisas üzrə qəbul olmuş 340 tələbə ilə görüşdə kafedra müdiri prof. Rövnəq Rzayev və dekanlıq əməkdaşları tələbələrə UNEC-dəki tədris, imtahan prosesi, təqaüdlər, beynəlxalq mübadilə, UDİD və minor proqramları, startap layihələri, tələbə təşkilatları barədə ətraflı məlumat verilib.

“Sənaye mühəndisliyi”, “Qida mühəndisliyi”, “Material mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə təhsil alan tələbələr təhsil aldıqları kampusdakı laboratoriyalar, müzakirə otaqları, kitabxana, akt və idman zalları barədə məlumatlandırılıblar.

Fakültənin "Qida mühəndisliyi" ixtisası üzrə Türkiyənin Ege Universitetilə ikilid diplom proqramında təhsil alan I kurs tələbələri ilə də görüş keçirilib. Proqramın ilk tələbələrinə ikili diplomun təfərrüatları, üstünlükləri barədə məlumatlar çatdırılıb.

TOP XƏBƏRLƏR