A

Rəqəmsal İqtisadiyyat fakültəsində birinci kurs tələbələri ilə görüş keçirilib.

Görüşdə fakültənin dekanı dos. Elman Cəfərov, dekan müavini Ramal Cabbarov, katibliyin tyutor xidməti və “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının proqram rəhbəri dos. Təranə Əliyeva iştirak ediblər.

Dos.E.Cəfərov birinci kursları tələbə adını qazanmaları münasibətilə təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb. UNEC-ə bu il ən yüksək nəticə ilə (675 bal) qəbulun Rəqəmsal İqtisadiyyat fakültəsində olduğunu deyən E.Cəfərov bundan qürur duyduğunu və fakültəyə qəbul balının ildən-ilə yüksəldiyini diqqətə çatdırıb. Fakültəyə 5 ixtisas üzrə 355 tələbənin qəbul olduğunu, onlardan 94 tələbənin 600 və daha yüksək bal topladığını bildirib.

Görüşdə tələbələrə tədris prosesinin və imtahanların təşkili qaydaları, təqaüdlər, beynəlxalq mübadilə, UDİD və minor proqramları, startap layihələri, tələbə təşkilatları barədə ətraflı məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR