HES-SO Ali İdarəetmə Məktəbinin tələbələrinin UNEC-ə səfərinin növbəti günündə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) müəllimi Firuzə Hüseynova “Azərbaycanın investisiya siyasəti”, BMDM-in müəllimi, həmçinin Kiçik və Orta Biznes Tədqiqat və İnkişaf Mərkəzinin rəhbəri Cəbrayıl Vəliyev “Azərbaycan İqtisadiyyatının SWOT analizi” mövzusunda makro və mikroiqtisadi mövzuları əhatə edən təlim keçiblər.
Silsilə təlimlərin növbəti günündə BMDM-in müəllimi, eləcə də “Ekspert Elm və Təhsil Xidmətləri Mərkəzi” MMC-nin direktoru Aqil Eyvazov “Azərbaycanın vergi siyasəti” adlı yekun seminarı keçib. Təlim vergi qanunvericiliyi, siyasəti kimi mövzuları əhatə edib.
2 həftəlik təlim müddətinin yekununda isveçrəli tələbələrə bütün təlimlərdə keçirilmişlərdən ibarət imtahan təşkil olunub.