A

UNEC-in Mühəndislik fakültəsində 27 sentyabr - Anım Gününə həsr olunmuş seminar təşkil olunub.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirin əvvəlində torpaqlarımızın ərazi bütövlüyünün təmin olunmasında və müstəqilliyimizin əldə olunmasında canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı dosent Elçin Səmədov Anım Günü ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək, 44 günlük müharibədə işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə böyük qələbənin əsasının qoyulduğunu vurğulayıb.

Daha sonra çıxış edən Mühəndislik fakültəsinin dekan müavini Sevinc Abdullayeva bu əlamətdar günün Azərbaycan xalqı və dövləti üçün tarixi əhəmiyyəti haqqında məlumat verib. O, qeyd etdi ki, 27 sentyabr Vətən müharibəmizin və Möhtəşəm Qələbəmizin başlanma tarixidir.

Daha sonra tədbirə dəvət olunmuş UNEC-in Mühəndislik fakültəsinin tələbəsi, müharibə iştirakçısı Həsən Atakişiyev tədbir iştirakçıları ilə döyüş xatirələrini bölüşüb.

Sonda Anım gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR