UNEC-in tərəfdaşı olduğu ERASMUS+ KA2 fəaliyyət növü üzrə qalib olan ENGAGE layihəsi çərçivəsində “Xarici təcrübənin tələbələrə öyrədilməsi” üzrə ilk təlim keçirilib.
UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimovanın tələbələr üçün keçdiyi təlim “Sahibkarlıqda İsveç modeli” və “Sahibkarlıq fəaliyyətində Estoniya yanaşması” mövzularında olub. Təlim zamanı tələbələrə sahibkarlıq fəaliyyəti, onun ölkə iqtisadiyyatındakı rolu, xarici təcrübənin yerli sektorda tətbiqi barədə ətraflı məlumat verilib.
Sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb və interaktiv müzakirələr aparılıb.