A

UNEC İnklüziv Təhsil Mərkəzi təşkilatçılığı ilə Dəstəkolaq.az inklüziv platformasının əməkdaşları universitetdə qonaq olublar.  

Dəstəkolaq.az platformasının rəhbəri Əhəd Kazımov UNEC tələbələrinə platforma barədə məlumat verərək, yaradılmış saytın inklüziv cəmiyyətdə son dərəcə vacibliyini vurğulayıb.

Ə.Kazımov layihənin məqsədi haqqında danışaraq bildirib ki, Azərbaycanın bütün bölgələrində əhalinin həssas qruplarına onlayn platformada özləri haqqında bütün lazımi məlumatlarla profillərini açmaq imkanı verməklə, onların iş imkanlarını genişləndirməkdir.

Çıxışlar yekunlaşdıqdan sonra veb-səhifənin geniş təqdimatı baş tutub.

Qeyd edək ki, Dəstəkolaq.az layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

TOP XƏBƏRLƏR