A

UNEC Psixoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Beynəlxalq İqtisadiyyat Məktəbinin birinci kurs tələbələri üçün “İmtahan həyəcanı və onun aradan qaldırılması” mövzusunda təlim keçirilib.

Mərkəzin rəhbəri Şəfahət Abdullayeva tələbələrə imtahanda yaxşı nəticələr əldə edə bilmələri üçün ilk öncə özünə inamlı olmalarını tövsiyə edib. Həmçinin imtahan həyəcanı, stress vəziyyəti və bu vəziyyətdən çıxış yolları barədə tələbələri məlumatlandırıb.

UNEC Psixoloji Xidmət Mərkəzinin təlimləri bütün fakültələrdə keçiriləcək.

TOP XƏBƏRLƏR