UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinində 8 noyabr-Zəfər Gününə həsr olunmuş seminar keçirilib.
Seminarda fakültə dekanı dosent Elman Cəfərov çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdığını, əzəli torpaqlarımızın düşməndən azad olunması tarixindən və bu qələbənin əldə olunmasinda UNEC tələbələrinin də payı olduğunu vurğulayıb. 8 noyabr 2020-ci ilin, Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, Azərbaycanın gözü, hər bir azərbaycanlı üçün iftixar nöqtəsi, mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gün olduğunu və təqvimimizə qızıl hərflərlə həkk olunduğunu tələbələrə çatdırıb.
Seminarda qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına irəliləyərək, əzəli torpaqlarımızın düşməndən azad edilməsindən söz açılıb.
Sonda isə tələbələr fakültənin məzunu şəhid Məzdək Eyvazlının döyüş şücaətindən bəhs edən filmə baxıblar.