A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində (TUDİFAK) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə 17 noyabr- Milli Dirçəliş Gününə həsr edilmiş dəyirmi masa  keçirilib.

 Tədbirdə iştirak edən dekan müavini Cavahirxanım Məmmədova, “İqtisadiyyat və idarəetmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və digər əməkdaşlar 1988-ci ilin 17 noyabrında başlayan Meydan hərəkatından danışaraq, bu tarixin  Azadlıq meydanına toplaşan yüz minlərlə insanın keçmiş sovetlərin Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edildiyini bildiriblər. Tədbirdə həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, bu proseslərin Ermənistan və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələnməsinin Meydan hərəkatının əsasını qoyduğunu bildiriblər.

Tədbir "17 Noyabr Milli Dirçəliş Günü" adlı filmlə yekunlaşıb.

TOP XƏBƏRLƏR