UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə böyük mütəfəkkir, sufi şairi, alim Mövlanə Cəlaləddin Ruminin xatirəsinə həsr olunan seminar keçirilib.
Tədbirdə fakültə dekanı Prof. Dr. Mehmet Yüce açılış nitqi ilə başlayaraq, Mövlanənin həyatı və fəlsəfəsi haqqında ətraflı məlumat verib.
Sonra seminarda Türk Dünyası Jurnalistlər Federasiyasının sədr müavini İsmail Kahraman Mövlanənin ümumbəşəri fəlsəfəsi haqqında təqdimatla çıxış edib.
Daha sonra onun haqqında lentə aldığı sənədli film nümayiş olunub.