A

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzdində fəaliyyət göstərən "Qida təhlükəsizliyi könüllüləri" təşəbbüs qrupunun təsis konfransı keçirilib.

Konfransda Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının "Qida mühəndisliyi" ixtisasının rəhbəri Mehriban Məhərrəmova, dosent Elsevər Fərzəliyev, eləcə də fakültənin "Qida təhlükəsizliyi könüllüləri" təşəbbüs qrupunun fəaliyyətinə cəlb olunan tələbələri iştirak ediblər.

AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə heyətinin sədri Əli Nəbiyev, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının rəhbər şəxsləri konfansda çıxış edərək, ölkədə qida təhlükəsizliyi ilə bağlı aparılan yeniliklərdən danışıblar. Sonra AQTA-nın fəaliyyətinin beş ilini əks etdirən videoçarx nümayiş olunub.

Konfrans çərçivəsində Mühəndislik fakültəsi ilə AQTA və AQTİ arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

TOP XƏBƏRLƏR