A

UNEC-in dosenti, “Ekologiya” ixtisasının və “Yaşıl dünya” klubunun rəhbəri Afaq Hacıyevanın təşəbbüsü ilə həmin ixtisasda təhsil alan tələbələr üçün təkrar emalla bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə "Təmiz şəhər" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarlı 15 Noyabr - Təkrar Emal Gününün təsis olunmasından, eləcə də təkrar emalın əhəmiyyətindən, ətraf mühitə olan faydasından və bu sahədən əldə olunan gəlirdən danışıb.

O.Cabbarlının tələbələrlə interaktiv formada görüşü maraqlı diskussiya və oyunlar üzərindən davam edib.

Sonda tələbələrə təkrar emalla bağlı maarifləndirici bukletlər və hədiyyələr verilib.

TOP XƏBƏRLƏR