Dekabrın 18-də Qarabağın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Mixail Həmidovun ad günü idi, yaşasaydı 40 yaşı olacaqdı.
Şəhid Mixailin doğum günü tədbiri II Fəxri Xiyabanda onun məzarı önündə keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, övladları ilə yanaşı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini və tələbələr də iştirak ediblər.
UNEC kollektivi Mixailin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar və gül dəstələri düzüblər.
Mixail Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı, "Füzulinin azad olunmasına görə" medalı və "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə təltif olunub.