UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə bayram tədbiri keçirilib.
Tədbirin açılışında kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov çıxış edərək, tədbir iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib. O, “Heydər Əliyev ili” ilə bağlı kollecdə çoxsaylı tədbirlərin keçirildiyini diqqətə çatdıraraq, tədbirlərdə fərqlənən tələbələrə təşəkkürünü bildirib.
Kollecin tərbiyə işləri üzrə direktor müavini Xanım Məmmədova, sosial və humanitar məsələlər üzrə direktor müavini Zaur Vəliyev də kollecin kollektivinə qarşıdan gələn 2024-cü ilin hər kəs üçün uğurlu olmasını və bütün arzuların gerçəkləşəcəyi bir il olmasını arzulayıblar.
Tədbir bayram konserti ilə davam edib. Yeni il şənliyinin əsas personajları Şaxta baba və Qar qız bayran şənliyinə xüsusi rəng qatıb.