UNEC-də qış imtahan sessiyası yekunlaşıb.
Dekabrın 29-dan fevralın 1-nə kimi davam edən imtahan sessiyasında 15.060 bakalavr və 4858 magistrant imtahan verib. UNEC-in Zaqatala filialı üzrə 1502 tələbənin, Dərbənd filialı üzrə isə 305 tələbənin biliyinin qiymətləndirilib.
İmtahan sessiyası günlərində rektor prof. Ədalət Muradov və İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə Açıq Qapı günləri keçirilib. Açıq Qapıda ümumilikdə 24 tələbə iştirak edib. Tələbələrin müraciətləri əsasən, imtahanlarda intizam qaydalarının pozulmasına güzəşt edilməsi barədə olub.
Qış imtahan sessiyası günlərində şikayətlərin operativ şəkildə araşdırılaraq, cavablandırılmasını təmin etmək məqsədilə UNEC-də İmtahan Qərargahı da fəaliyyət göstərib.