UNEC-in Rus İqtisad Məktəbinin direktor müavini dosent Anar Eyyubov və fakültənin tələbələri Vətən müharibəsində qəhrəmancasına şəhid olan fakültənin məzunu Naib Namətovun ad günündə onun ailəsini ziyarət ediblər.
Yaşasaydı 26 yaşı olacaqdı.
Ziyarət zamanı Anar Eyyubov Naibin tələbəlik dövründən danışaraq, onun məsuliyyətli, tərbiyəli və vətənpərvər gənc olduğunu, onun qısa ömür yolunun hər bir gənc üçün örnək göstəriləcəyini deyib. O, şəhidin anasına UNEC ailəsinin N.Namətovla qürur duyduğunu, şəhidlərimizin əziz xatirəsinin həmişə uca tutulduğunu bildirib.
Görüşdə şəhidin anası Ellada Namətova Naib haqqında xatirələrini bölüşərək, oğlunun şəhidlik zirvəsinə ucalmasını qürur hissi ilə dilə gətirib.