A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev və fəal tələbələr Səbail rayonunda yerləşən 49 nömrəli məktəb-liseydə Xocalı soyqırımının otuz ikinci ildönümü ilə əlaqədar keçirilmiş tədbirdə iştirak ediblər.

Tədbirdən öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi ehtiramla sükutla yad edilib. Sonra Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova, 49 nömrəli məktəb-liseyin direktoru Elza Bağırzadə, Xocalı sakini, faciənin canlı şahidi Rəhman İsmayılov, şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova və qazi Ramin Şirinov çıxış edərək, Xocalı soyqırımının Azərbaycan tarixində ən dəhşətli və faciəli hadisələrdən biri və Ermənistanın 200 ildən bəri həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olduğunu bildiriblər. Tədbirdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun gücü, qüdrəti nəticəsində Vətən müharibəsində Böyük Zəfər qazanıldığı, torpaqlarımızın işğaldan azad edildiyi diqqətə çatdırılıb.

TOP XƏBƏRLƏR