UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə UNEC THİK-in sədri İlkan Əliyev bayram münasibətilə xanım tələbələri təbrik edərək, qadınların ölkənin ictimai-siyasi həyatındakı və gələcək nəslin tərbiyəsindəki misilsiz rolundan danışıb. Eyni zamanda mart ayında keçirilməsi nəzərdə tutulan tədbirlələ bağlı iştirakçılara məlumat verib.
Sonra İlkan Əliyev tələbə təşkilatlarının sədri olan xanım tələbələrə, THİK-in fakültə sədrlərinə və fəal tələbələrinə hədiyyələr təqdim edib.