A

UNEC-in Qiyabi və əlavə təhsil mərkəzi tərəfindən "Yaşıl UNEC" ili çərçivəsində ekoloji aksiyalar həyata keçirilib.

Belə ki, Mərkəz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Yaşıl Gələcək” aksiyasına qoşularaq, 100 ağac tinginin əkilməsi üçün ianə edib.

Eyni zamanda Qarabağda, işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpa edilməsi məqsədilə aparılan layihələrə dəstək olmaq üçün QƏTM tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 AZN ianə olunub.

Qiyabi təhsil alan tələbələrin təşəbbüsü ilə keçirilən aksiyaların məqsədi cəmiyyətin diqqətini sağlam ekoloji mühitin yaradılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltməklə, təbiətin sağlamlaşdırılmasına  töhfə vermək olub.

TOP XƏBƏRLƏR