Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn Məktəbində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova açaraq, 1918-ci il mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabının 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində verildiyini qeyd edib.
Tədbirə qonaq qismində dəvət edilən UNEC-in Humanitar fənlər kafedrasının dosenti Telman Niftəliyev çıxış edərək, təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırım siyasətinin həyata keçirilməsi haqqında ətraflı məruzə ilə çıxış edib