UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində anti-narkomaniya mövzusunda seminar keçirilib.
Seminarda fakültənin dekanı dos. Elçin Eyvazov, UNEC-in Hüquq şöbəsinin məsləhətçisi Mayis Sadıqov çıxış edərək, bildiriblər ki, narkomanlıq müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Çıxış edənlər narkomanlığa qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri Azərbaycan olduğunu bildirərək, ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımların nəticəsində son illərdə mühüm uğurların əldə olunmasından, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinin və narkomaniyanın bu gün dünyanı narahat edən əsas problemlərdən olduğunu qeyd ediblər. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsinin terrorizmin maliyyə mənbəyi olmaqla, beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi səciyyələndiriblər.
Seminarın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Proqramının 2024-cü il iş planına əsasən “İqtisadiyyat və idarəetmə” fakültəsində gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində tələbələrə maarifləndirici vedieoçarx nümayiş olunub.