A

Azərbaycan Biznes Keys Yarışmasının (Azerbaijan Business Case Competition 2024) final mərhələsi keçirilib.

100-dən çox komandanın qatıldığı yarışda UNEC-in 3 komandası final mərhələsində iştirak etmək hüququ əldə edib.

Finalda UNEC-in 3 komandası da qalib olub. Belə ki, UNEC  tələbələrindən ibarət komandalar 1-ci və 3-cü yerləri qazanıblar. 3-cü yerə UNEC-in 2 komandası layiq görülüb. Komandalarda 8 nəfər Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE), 3 nəfər SABAH Mərkəzinin və 1 nəfər isə Beynəlxalq Magistratura və Doktoranturaa Mərkəzinin tələbəsi olub.

1-ci yerin qalib komandasına öz kiçik bizneslərinin təməlini qurmaqları üçün 8 min manat, 3-cü yerin sahibinə isə 2000 manat məbləğində pul mükafatı təqdim edilib.

Qeyd edək ki, ali məktəb tələbələri arasında keçirilən Azərbaycan Biznes Keys (ABCC) müsabiqəsi III-IV kurs tələbələrinin və magistrantların iqtisadyönümlü sahələrdə bilik və bacarıqlarını təkmilləşdirmək, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə maraqlı olan gənclərə dəstək vermək və onların ölkənin biznes mühitinə cəlb olunmasında vasitəçi olmaq məqsədi daşıyır.

 

TOP XƏBƏRLƏR