A

UNEC İnklüziv Təhsil Mərkəzi və “Psixosən” psixoloji dəstək platformasının birgə təşkilatçılığı ilə “PREGEN” layihəsi çərçivəsində ailə psixologiyası, evlilik və evlilik öncəsi hazırlıq təlimlərinin təqdimatı ilə bağlı silsilə tədbirlər keçirilib.

İnklüziv Təhsil Mərkəzi ilə “Psixosən” psixoloji dəstək platforması arasında əməkdaşlıq çərçivəsində 8 aprel 2024-cü il tarixində Bakı Ali Neft Məktəbində (BANM),17 apreldə Avrasiya Universitetində və 18 aprel tarixində isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbələr və müəllimlərlə görüşlər keçirilib.

Görüşlərin başlıca məqsədi gənclərə "Bir sevgi axtarışında" başlığı altında “ailə qurumu” anlayışını, cəmiyyət strukturunun gerçəkliklərini başa salmaq, ailə daxili münasibətlərin daha dərin məqamları ilə məlumatlandırmaq, uğurlu və sağlam təməllər üzərinə qurulmuş ailə modelinin həyatlarındakı önəmini xatırlatmaq olub.

UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova, Psixosən şirkətinin təsisçiləri İntiqam Məmmədov və Murad Mirzəyev tələbələrə yeni həyata keçirilən layihənin detalları ilə bağlı ətraflı məlumat veriblər.

 

TOP XƏBƏRLƏR